Azərbaycandan təmtəraqla aparılan forvardın gününə baxın - O, nəyə peşmandı?

30 Aprel 21:00 Şamaxı 528
Azərbaycandan təmtəraqla aparılan forvardın gününə baxın - O, nəyə peşmandı?

Belajdi Pusinin qış fasiləsindən sonra "Şamaxı"nı "Fakel"ə dəyişməsi gözlənilməz olmuşdu.

Həm də birmənalı qarşılanmamışdı. Əsaslı arqumentlər də nə qədər desəniz.

Bombardirin gedişi bölgə klubunda heç kəsə xoş deyildi.

Azarkeşlərin də haqlı narazılığı vardı.

Amma rəhbərlik satmaq qərarı verdi. Onların da öz haqlı düşündükləri tərəflər vardı.

Ki, məhz Pusinin satışından əldə edilən təxminən 100 min avro məbləğin hesabına ötən mövsümdən futbolçulara yığılıb qalan çempionluq mükafatı qəpiyinə qədər ödənildi.

Zaman da göstəri ki, "şirlər"in riskli qərarı sonda effektiv oldu.

Uduzan isə albaniyalı forvard.

Belə ki, "Şamaxı" sona 5 tur qalmış artıq Premyer Liqada qalmaq hədəfinin öhdəsindən gəlib.

Hətta mövsümü üst pillələrdə bitirmək şansları var.

Qeyd etdiyimiz kimi borcların bağlanması əlavə yükü, təzyiqi azaldıb.

Əcnəbi hücumçunun isə isti yuvasını soyuq etdiyini deyə bilərik.

Rusiya təmsilçisi onun gedişindən sonra qələbə üzünə həsrətdir.

Voronejlilər keçirdiyi 7 görüşdə qol vurmağı belə bacarmayıb.

Pusi bu matçlardan 4-də meydanda olsa da heç nə ilə yadda qalmayıb.

Belədə təbii ki, Şamaxıda gördüyü diqqəti, sevgini kimsə ona göstərəsi deyil.

4 qarşılaşmada cəmi 41 dəqiqə şans qazanması ona olan inamsızlıqdan xəbər verir.

Halbuki gedişində xilaskar gözü ilə baxılırdı.

Sona 5 tur qalmış sonuncu pillədə yer alan "Fakel"in isə Premyer Liqanı tərk etmək ehtimalı çox yüksək görünür.

Deyəsən, 27 yaşlı futbolçu gedişinə hələ çox peşman olacaq. Axı pul hər şey demək deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!