Bir atımlıq barıt... - Menecerin "Neftçi", "Qarabağ" HİYLƏSİ?

15 Aprel 20:40 Şamaxı 1 478
Bir atımlıq barıt... - Menecerin "Neftçi", "Qarabağ" HİYLƏSİ?

Bir atımlıq barıt...

"Şamaxı"nın üzvü Leroy Mikelsin bu mövsümkü çıxışını bir cümlə ilə belə ifadə etmək olar.

Bunu biz yox, ortaya qoyduğu performans deyil.

Almaniyalı legioner sezona fırtına kimi başladı.

Fərdi ustalığı, əla keçidləri ilə rəqiblərin bəlasına çevrilmişdi.

Bunun məntiqi nəticəsi kimi ilk iki dövrədə aktivinə 4 qol, 3 qol yazdıran 29 yaşlı futbolçu bir anda digər klubların transfer siyahısında yer almış oldu.

Hətta yalan-gerçək "Qarabağ", "Neftçi" kimi klubların da adı namizədlər arasında yer almışdı.

Açığı, bu daha çox menecer hiyləsinə bənzəyirdi. Müxtəlif yollarla adıçəkilən klubların guya "Şamaxı"lıya marağı varmış görüntüsü yaradılmışdı.

Xülasə, bir xeyli şişirdilən Leroya nə oldusa, bu söhbətlərdən sonra oldu.

Qış təlim-məşq toplanışından sonrakı iki matçda - "Neftçi" və "Zirə"yə qarşı 90 dəqiqə meydanda olsa da varlığı ilə yoxluğu bilinmədi.

Ardınca zədə xəbərləri gündəmi bəzədi.

2 ay onu gördüm deyən tapılmadı.

28-ci turun "Zirə" ilə səfər matçında 51 dəqiqə meydanda oldu.

Formasından bir xeyli uzaq düşdüyü aşkar sezilirdi.

O, "şirlər"in "Neftçi"yə məğlub olduğu görüşü yenə tribunadan izlədi.

Premyer Liqanın sonuna cəmi 6 tur qalır.

Bundan sonra uzunmüddətli zədədən qayıdıb, optimal forma yığmaq elə də asan məsələ kimi görünmür.

Nəzərə alaq ki, yaş da o yaş deyil.

Belə qeyri-sabit çıxış sərgiləyən kapitan bu gedişlə yayda heç "Şamaxı"ya belə lazım olmayacaq.

O ki qalmışdı daha iddialı klubun maraq dairəsində ola.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!