“Məğlub olmaq həmişə çox pisdir, harada səhv etdiyimizi anlayırıq”

10 Aprel 2025 01:00 Şamaxı 620
“Məğlub olmaq həmişə çox pisdir, harada səhv etdiyimizi anlayırıq”

“Ən yaxşı futbolumuzu oynamadıq.

Yaxşı imkanlarımız oldu, lakin onları qola çevirə bilmədik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın hücumçusu Maykl Tuik deyib.

Braziliyalı forvard Premyer Liqanın 29-cu turunda “Neftçi”yə 0:2 hesablı məğlubiyyətdən danışıb:

“Məğlub olmaq həmişə çox pisdir. Lakin biz potensialımızı bilirik və harada səhv etdiyimizi anlayırıq.

Çempionatda xal toplamaq və sabitliyimizi bərpa etmək üçün səhvlərimizi mümkün qədər tez düzəldəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti