Rusiya mətbuatı “Şamaxı”nı “Fakel”ə dəyişən Belajdi Pusinin transferindən yazıb.
Sportinfo.az xəbər verir ki, “football24.ru” albaniyalı hücumçunun gəlişini bu cür şərh edib:
“Voronejlilər təhlükədədir: turnir cədvəlinin son pilləsindən bir xal uzaqdadırlar. Pusi hazırkı vəziyyətdə xilaskar kimi dəvət olunub.
Maraqlı soyadlı alban hücumçu "Şamaxı"dan 100 min avroya transfer edilib. 2024/2025 mövsümündə Belajdi 22 oyun keçirib, beş qol vurub və dörd məhsuldar ötürmə verib.
O, həmçinin 8 dəfə sarı vərəqə ilə cəzalandırılıb. 27 yaşlı forvard karyerasının son iki ilini Azərbaycanda keçirib”.

