Premyer Liqadan getmək istəməyən omandada son vəziyyət - Bir zədə, bir cəza

16 Fevral 2025 23:20 Şamaxı 987
Premyer Liqadan getmək istəməyən omandada son vəziyyət - Bir zədə, bir cəza

"Şamaxı" Premyer Liqanın 23-cü turu çərçivəsində sədərdə "Kəpəz"in qonağı olacaq.

Sporinfol.az xəbər verir ki, vacib oyundan öncə qonaqların hücum xəttində problemlər var.

Albaniyalı forvard Belajdi Pusi cəzalıdır. 27 yaşlı futbolçu 22-ci turun "Sumqayıt"la matçında sarı vərəqə görərək cəzalı duruma düşüb.

Digər hücumçu Leroy Mikelsin zədəsi var. Almaniyalı forvardın "Kəpəz"ə qarşı oynamaq ehtimalı yüksək qiymətləndirilmir.

Kapitanın meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq.

Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Şamaxı" qarşılaşması 17 fevral tarixində, saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!