“Açığı, söz verməyi xoşlamıram, bu, düzgün deyil”

17 Yanvar 18:00 Şamaxı 555
“Açığı, söz verməyi xoşlamıram, bu, düzgün deyil”

“Ümumiyyətlə, futbolda nəyisə söz vermək düzgün deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nln yeni transferi Andrey Tirkovyanu deyib.

Rumıniyalı legioner bildirib ki, “şirlər”in başlıca məqsədi Premyer Liqadakı mövqeyini qorumaqdır:

“Bu mənada azarkeşlərə nə deyə bilərəm? Açığı, söz verməyi xoşlamıram.

Yalnız onu deyə bilərəm ki, yaxşı nəticələr qazanmaq üçün məşqlərdə və oyunlarda bacardığımızın ən yaxşısını edəcəyik”.

Bölgə təmsilçisi onunla ilyarımlıq müqavilə imzalayıb.

27 yaşlı futbolçu Azərbaycana gələnə qədər “Dinamo”(Buxarest), “Qaz Metan”, “Vitorul”, “Konkordiya”, “Botoşani” və “Arceş”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 20:00 Çək və bizə göndər!
16 Fevral 11:30 Bir də BUNA BAX!
16 Fevral 01:10 Azərbaycanın QAZANCI