Ukraynalı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalandı - SON TRANSFER

16 Yanvar 19:20 Şamaxı 977
Ukraynalı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalandı - SON TRANSFER

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb. Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.

26 yaşlı futbolçunun son klubu Latviyadan “Yelqava” olub.

"Şamaxı" bu qış Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santos və Alfons Msanga Mabulanı da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə