COP29

Azərbaycan komandası Litvadan braziliyalı hücumçu transfer etdi - RƏSMİ

9 Yanvar 13:20 Şamaxı 750
Azərbaycan komandası Litvadan braziliyalı hücumçu transfer etdi - RƏSMİ

“Şamaxı” qış fasiləsində daha bir futbolçu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi hücumçu Mikael Thuique Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

31 yaşlı futbolçunun son klubu Litvada “Hegelmann” olub.

"Şamaxı" bu qış transfer pəncərəsi zamanı Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov və Andrey-Kostin Tirkovaneunu sıralarına cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...