“Qarabağ”ı nümunə gətirdi “bu, səhvdir” dedi: “Biz geri qalırıq”

8 Yanvar 2025 23:40 Şamaxı 848
“Qarabağ”ı nümunə gətirdi “bu, səhvdir” dedi: “Biz geri qalırıq”

“Biz ənənə baxımından xorvatlardan, gürcülərdən geri qalırıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, “biz futbol ölkəsi deyilik” fikrində həqiqət payı nə qədərdir” sualına cavabında aşağıdakıları söyləyib:

“Bu, səhv yanaşmadır. Əlbəttə, Gürcüstan ilə müqayisə olunmağımız doğru deyil. Onların ənənəsi olub.

Tiflis "Dinamo"su avrokuboklarda kubok qazanıb. Bəli, qonşu ölkənin inkişafında bu təkan var.

Amma bu gün biz daha yaxşı ola bilərik.

"Qarabağ" 15 ildir Avropda böyük komandalara qarşı futbol oynaya bilir. Heyətdə bəzən 6 yerli futbolçu olur.

Demək ki, biz də oynaya bilirik. Daha yaxşı olmaq üçün çox çalışmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0