"Şamaxı" qış fasiləsinə kimi İlkin Muradov, Adil Nağıyev, Giorgio Kantariya ilə yolları ayırmışdısa, fasilə yaranan kimi siyahıya Ramin Əhmədov və Qurban Səfərov da qoşuldu.
Bəs yeni transferlər?
Bölgə klubunun azarkeşlərinin narahatlığına əsas yoxdur.
Ki, güclənmək yolunda da axtarışların start verib.
Daha öncə xəbər verdiyimiz kimi, gənclər millisinin üzvün Murad Vəliyev və Cəlal Hüseynovla anlaşma imzalanıb.
Bir neçə yerli futbolçunun icarəyə götürülməsi barədə danışıqlar davam edir.
Yekun nəticə barədə danışmaq tezdir.
Qış fasiləsində bölgə klubunun təkcə yerli yox, həm də əcnəbi futbolçularla güclənəcəyi dəqiqləşib.
Ayxan Abbasovu xüsusilə qayğılandıran orta sahə ilə bağlı yaranmış boşluqdur.
Kütləvi ayrılıqdan sonra daha da kasadlaşan heyətə 4 yeni legionerin cəlb olunması plandadır.
Hətta bəziləri ilə danışıqların son mərhələdə olduğunu deyə bilərik.
SPORTİNFO.AZ

