Oyun “alver”i: “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir”

22 Dekabr 2024 01:10 Şamaxı 943
Oyun “alver”i: “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir”

"Hazırda “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir, nəzarət edirik".

Sportinfo.az xəbər verir ki, bunu “Report”a açıqlamasında, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli deyib.

O, son vaxtlar “Şamaxı”nın bəzi futbolçularının danışılmış oyunlarda iştirakı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:

“Sözügedən məsələ diqqətimizdədir. AFFA-nın mətbuat katibi Elnur Məmmədli də bu barədə məlumat verib.

Ətraflı araşdırmalar aparıldıqdan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq.

Hazırda hər şey diqqətimizdədir, nəzarət edirik. AFFA olaraq oyunlarda nümayəndələrimiz iştirak edirlər”.

“Şamaxı” iki futbolçusu - Giorgi Kantariya və Adil Nağıyevlə yolları ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!