Premyer Liqa klubu “Sportinfo”nun yaydığı ŞOK XƏBƏRİ rəsmən etiraf etdi!

10 Dekabr 2024 00:40 Şamaxı 768
Premyer Liqa klubu “Sportinfo”nun yaydığı ŞOK XƏBƏRİ rəsmən etiraf etdi!

“Şamaxı” iki futbolçusu - müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə yolları ayırması ilə bağlı rəsmi açıqlama yayıb.

Klub Sportinfo.az-ın srağagün yaydığı xəbəri təsdiqləyərək, hər iki oyunçu ilə müqaviləyə xitam verildiyini bəyan edib.

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı klub hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir.

Komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında sözügedən futbolçularla bağlı çox danışmaq istəmədiyini bildirib:

"Bəzi futbolçularla problemlərimiz var idi, ona da klub olaraq düzgün qərar verdik. Gələcəkdə bu haqda rəsmi məlumat veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"