«Şamaxı»da şok qərarlar bir-birini əvəz edir.
Bir illik aradan sonra Premyer Liqaya qayıtmış əyalət təmsilçisində «yarpaq tökümü» kütləvi hal alıb.
Az öncə «şirlər»in düşərgəsindən daha bir yeni məlumat əldə etmişik.
Redaksiyamıza daxil olan informasiyaya görə, «şirlər» İlkin Muradov və Adil Nağıyevdən sonra Georgi Kantariya ilə vidalaşıb.
Gürcüstanlı legionerlə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Komandanın aparıcı simalarından biri olan yarımmüdafiəçi bu gün sənədlərini geri alacaq və Şamaxını tərk edəcək.
SPORTİNFO.AZ