Azərbaycan klubu məşhur hücumçunun qardaşı ilə yollarını ayırır

5 Dekabr 2024 13:00 Şamaxı 2 771
Azərbaycan klubu məşhur hücumçunun qardaşı ilə yollarını ayırır

İlkin Muradovla yollarını ayıran "Şamaxı" daha bir futbolçu barədə qərar verib.

Əyalət təmsilssi yayda heyətinə qatdığı Conatan Benteke ilə vidalaşmaq niyyətindədir.

"Şirlər" mövsümlərarası fasilədə belçikalı legionerlə bir illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu sonuncu dəfə “Union Titus Petange”də forma geyinib.

Lüksemburqdan fərqli olaraq, onun Azərbaycanda karyerası qətiyyən yaxşı sayıla bilməz. Conatan Premyer Liqanın geridə qalan 15 həftəsində hələ də qol hesabını aça bilməyib.

Bunu nəzərə alan şamaxılılar “Liverpul“un sabiq ulduzu Kristian Bentekenin kiçik qardaşına müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı təklif edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi