Premyer Liqada növbəti “istefa” səsi - VİDEO

4 Dekabr 2024 23:00 Şamaxı 3 533
Premyer Liqada növbəti “istefa” səsi - VİDEO

Mövsümə inamlı başlayan “Şamaxı” heç cür özünə gələ bilmir.

Premyer Liqada sonuncu qələbəsini sentyabrda səfərdə “Kəpəz” üzərində qazanan bölgə təmsilçisi o vaxtdan bu yana 8 oyundur 3 xalın nə olduğunu bilmir – 2 heç-heçə və 6 məğlubiyyət.

Şamaxılı azarkeşlər ümidini “Kəpəz”lə matça bağlamışdı ki, bəlkə autsayderi udmaqla vəziyyəti dəyişmək olar. “Şirlər” Gəncə təmsilçisinə də boyun əydi.

Oyunun sonlarına yaxın yerli azarkeşlər əsəbdən özlərinə yer tapa bilmirdilər.

Bu dəfə günahkar hakimlər yox, Ayxan Abbasov idi. Tərəfdarlar üzünü və əlini məhz baş məşqçinin istiqamətinə tutub onu istefaya səslədilər. Bir neçə saniyə davam edən etiraz dalğasının qarşısını polislər aldı.

İctimai yerdə “istefa” şüarının səsləndirilməsinin xoş hal olmadığını bilməyən azarkeşlər “poqonlular”dan “sus” əmrini alınca, səssiz şəkildə tribunanı tərk etdilər.

Görünən odur ki, şamaxılı futbolsevərlər ilk 6 oyunda aktivinə 11 xal yazdıran komandanın son 8 qarşılaşmada 2 xal qazanması ilə barışa bilmirlər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada