“Qarabağ” illərdir Azərbaycan futbolunun yükünü çiyinlərində daşıyır.
Etiraf edirəm ki, səviyyəsi çempionatımızı aşıb. İstənilən komandadan 2-3 baş üstündür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Adil Nağıyev deyib.
Premyer Liqanın 11-ci turu çərçivəsində Bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Şamaxı” görüşünün (3:0) ilk yarısında qapılara qol vurulmasa da, fasilədən sonra ağdamlılar şamaxılıları 3 dəfə mərkəzə dəvət etdi.
Kapitan 50-ci dəqiqədə buraxdıqları ilk qolun yekun nəticədə həlledici olduğunu gizlətməyib:
“Ayaks”a bu meydandakı məğlubiyyətdən sonra onlara qələbə lazım idi. Psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün qalibiyyətə köklənmişdilər.
Bu səbəbdən bizim üçün ikiqat çətin olacağını bilirdik. İlk hissədə xoş təsir bağışlasaq da, fasilədən sonra lazımsız penalti işimizi çətinə saldı.
“Qarabağ” qol vurandan sonra biz hücuma atılmaqla müdafiədə səhvlərə yol verdik. Sonu da belə oldu”.
Penaltiyə səbəbkar olan Nağıyev hakimin qərarı ilə razılaşmayıb:
“Qapımıza olmayan penalti verildi. Artıq neçənci dəfədir qapımıza bu cür penalti təyin olunur.
Ancaq nədənsə bizim xeyrimizə bu cür penaltilər verilmir. Səbəbini özüm də bilmirəm.
Həmin epizodda açıq-aşkar topa oynamışdım. Təkrara baxanda bunu rahatlıqla görmək mümkündür.
Baş hakim dedi, VAR-dan təsdiq siqnalı gəlib. İstənilən halda “Qarabağ” uğurlar arzulayıram”.