COP29

“Ev”i belə “yıxırlar” və ya "sizə də, sizin klubunuza da…" - VİDEO

21 Oktyabr 11:40 Şamaxı 620
“Ev”i belə “yıxırlar” və ya "sizə də, sizin klubunuza da…" - VİDEO

Premyer Liqada ikinci dövrə yenə qalmaqallı hakim qərarlarına qapı açdı.

Fərid Hacıyev «Şamaxı» - «Araz-Naxçıvan» matçında (0:1) qərəzli qərarla yadda qaldı.

Referi son dəqiqələrdə qonaqların qapısına təmiz penaltini təyin etmədi. Bu videodan hər şey aydın görünür: İqor Ribeyro Leroy Mikelsin qapıya paralel zərbəsinin istiqamətini əliylə dəyişir.

Baş hakim epizoda yaxındır, amma fərqli qərar çıxarır, «davam» işarəsi göstərir.

Heç şübhəsiz, bu, nəticəyə birbaşa təsir göstərən xətadır. Əgər buna sadəcə xəta demək mümkündürsə.

Artıq neçə turdur ki, «Şamaxı» hədəfə götürülüb. «Şirlər»in anadan əmdiyi südü burunlarından gətirirlər.

Topladıqları 12 xalın «heyfini çıxırlar».
Əlbəttə, bu, birilərinin sifarişidir. Hakimlərin nə həddinə ki, özbaşına hərəkət etsinlər.

AFFA-dakı «babalar» deməsə, tapşırmasa, nəylərinə lazımdır «Şamaxı»nın vayına otursunlar? Kim öz xoşuyla düşmən qazanmaq istəyər ki?

Hal birinci dəfə baş vermir. Artıq neçənci belə olaydır. Axırıncıya oxşamır. Yəqin ki, davamı olacaq.

«Şamaxı»nın futboldan bixəbər başbilənləri həvəskar azarkeş kimi bir şeydir. «Ver, yeyim, ört, yatım» - bunlar bu təfəkkürlə klubu idarə edənlərdir.

İdarə etmək də yalnız sözdədir. Normal idarəçisi, idarəçiləri olsaydı, hakimlər bit-birə kimi «Şamaxı»nın canına daraşmazdı, on(lar)dan çəkinərdilər.

Ayxan Abbasov artıq demək olar hər oyundan sonra mətbuat konfransında «üsyan bayrağı» qaldırır, «fit sahibləri»ndən şikayət etməyin yollarına baş vurur.

Özü deyib, özü eşidir: VİP-də əyləşənlər harayına yetişmir. Ağızlarına su alıb oturublar.

Bu susqunluq bir qədər də davam etsə, Abbasov «sizə də, sizin klubunuza da…» deyib, qapını çırpıb gedəcək. Don Kixot deyil ki, yel dəyirmanı ilə təkbaşına vuruşsun.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər