Premyer Liqa komandasında dörd problem birdən - FOTOLAR

18 Oktyabr 2024 20:20 Şamaxı 1 025
Premyer Liqa komandasında dörd problem birdən - FOTOLAR

Çempionata inamlı başlayan “Şamaxı”ya göz dəydi.

Premyer Liqanın 9-cu turunda “Səbail”ə məğlub olan bölgə təmsilçisi həftəsonu “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Əsas heyətdə görməyə alışdığımız dörd futbolçu görüşdə iştirak etməyəcək.

Belajdi Pusi ilə İlkin Muradov sarı vərəqə limitini doldurduğu, Brahim Konate isə “Səbail”lə qarşılaşmada qırmızı vərəqə aldığı üçün cəzalıdır.

Vasiliye Bakiç isə zədə səbəbindən kollektiv çalışmalardan uzaq düşüb.

Adları sadalananlarla yanaşı, Adil Nağıyev və Vasiliye Radenoviç də ayağındakı ağrılardan əziyyət çəkirlər. Lakin onların şənbə günü meydana çıxmaları yüksək qiymətləndirilir.

Oktyabrın 19-da Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!