Premyer Liqada qalmağa oynayan komandanın legionerinin arzusuna baxın

17 Oktyabr 2024 16:40 Şamaxı 1 038
Premyer Liqada qalmağa oynayan komandanın legionerinin arzusuna baxın

“Bu dəqiqə əsas məqsədimiz yer aldığımız pilləni qorumaqdır.

Ancaq ümumi götürsək, Premyer Liqada qalmaq istəyirik”.

“Şamaxı”nın almaniyalı hücumçusu Leroy Mikels Sportinfo.az-a açıqlamasında bölgə təmsilçisinin hədəfləri barədə söz açıb.

İlk dövrədə 8 oyun keçirərək aktivinə 12 xal yazdıran “şirlər” 6-cı sırada yer alıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Səbail”i məğlub edə bilsəydi, xalların sayını 15-ə yüksəldib “Zirə”ylə “Sabah”a çatacaqdı.

Bu, baş verməsə də, Leroy gələcəyə ümidlə baxır:

“Çox yaxşı heyətimiz və baş məşqçimiz var. Düşünürəm ki, bu cür davam etməklə çempionatı 5 və ya 6-cı pillədə başa vurmaq olar.

Bunun üçün dayanmadan çalışmalı, arxayınlaşmamalıyıq. Çempionat uzun marafondur.

Qarşıda bizi çətin və məsuliyyətlə oyunlar gözləyir. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

“Şamaxı” Premyer Liqanın 10-cu turu çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oktyabrın 19-da keçirilməsi nəzərdə tutulan qarşılaşma saat 15:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti