COP29

Mövsümün SÜRPRİZ İSMİnin rahatlığının səbəbi var – Burada dostlarını tapıb

21 Oktyabr 23:00 Şamaxı 455
Mövsümün SÜRPRİZ İSMİnin rahatlığının səbəbi var – Burada dostlarını tapıb

Cari mövsümün sürpriz adlarından biri də Rikardo Fernandesdir.

“Şamaxı”nın qapısını qoruyan 30 yaşlı qapıçı əksər oyunlarda fantastik qurtarışlar etməklə komandasına önəmli xallar qazandırıb.

Fernandesin Azərbaycana gəlişi su içmək qədər asan olmayıb. O, tanıdığı simalardan ölkəmiz və futbolumuz barədə maraqlanıb, özü üçün götür-qoy edib:

“Daha öncə Azərbaycanda futbol oynamış çox sayda tanışlarım var. Yadıma düşənlərdən Danildo Assioli ilə Vaqner da Silvanın adını çəkə bilərəm.

2 il əvvəl “Santa Klara”da oynayanda, Assioli bizdə məşqçi işləyirdi. Vaqner isə ötən mövsüm “Torrense”də komanda yoldaşım idi.

Onlar mənə Azərbaycan futbolu haqda müsbət fikirdə olduqlarını deyirdilər.

Hazırda Azərbaycanda top qovan həmyerlilərimdən “Araz-Naxçıvan”da top qovan Bernardo Diasla “Belenenseş”də və “Torrense”də çiyin-çiyinə çıxış etmişik.

“Neftçi”də çıxış edən Rafael Quzzo ilə isə Portuqaliya çempionatından tanışam”.

Rikardo Fernandes “Şamaxı”nın heyətində meydana çıxdığı 9 oyunda qapısından 7 top buraxmaqla Premyer Liqada ən yaxşı göstəriciyə malik kiperlərdən hesab olunur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər