COP29

Bayılda səslənən SOS!

19 Oktyabr 10:40 Şamaxı 659
Bayılda səslənən SOS!

"Şamaxı"nın 5 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı.

"Şirlər" mövsümdə ikinci məğlubiyyətini "Səbail"dən aldı - 0:2.

Qarşılaşmanın qırılma nöqtəsi Brahim Konatenin 63-cü dəqiqədə komandasını azlıqda qoyması oldu.

Bu dəqiqələrə kimi heç də pis çıxış etməyən qonaqlar ən azı 1 xala yaxın görünürdü.

Afrikalı legionerin düşüncəsiz hərəkəti bölgə klubuna baha başa gəldi.

Məsələ təkcə bir oyunluq məğlubiyyətdən getmir.

Əsas problem odur ki, Konate növbəti turu da buraxacaq. Onunla bərabər sarı vərəqə limitini dolduran Belajdi Pusi və İlkin Muradov da "Araz Naxçıvan"la görüşdə meydanda ola bilməyəcək.

Təbii ki, bu durum Ayxan Abbasovu qayğılandırmaya bilməz.

Kasad heyətin yol açdığı dərin problem 9-cu turdaca onu yaxaladı.

Hər mövqedə 1 normal oyunçusu olan (bəzi mövqelərdə o da yoxdur) "Şamaxı"nın 8 oyuna 12 xal toplaması möcüzədir.

Həm də Abbasovun məharəti. Lakin onun da sehirli çubuğu yoxdur. Ki, hər matça birbaşa təsir etsin. Əksəriyyəti birinci liqa səviyyəsində olan futbolçularla belə qəzalar az olmayacaq.

Heyət mütləq genişləndirilməlidir. Bayılda alınan məğlubiyyətdən çox, cəzalı duruma düşən futbolçular rəsmiləri düşündürməlidir.

Mövsümün hələ uzun bölümü qarşıdadır.

1 oyunluq cəzalarla iş bitsə nə var ki...

Bunun mövsüm ərzində zədə almaq, uzun müddətə diskvalifikasiya edilmək ehtimalı var.

Məncə, indiki məqamda klub rəhbərliyinin əsas işi yalnız baş məşqçinin bacarığına ümid edib, VİP -də əl çalmaq yox, həm də qollarını çırmalayıb yeni maliyyə dayaqları axtarmaq olmalıdır. Ki, ən azı qış fasiləsində yeni transferlə üçün qapılar bağlı olmasın.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər