COP29

“Şansın yoxdur, uduzacaqsan, ona görə də məcbur idik”

1 Oktyabr 23:00 Şamaxı 479
“Şansın yoxdur, uduzacaqsan, ona görə də məcbur idik”

“Şamaxı”nın müdafiəçisi Brahim Konate Sportinfo.az-a müsahibə verib.

28 yaşlı fransalı komandasının “Turan Tovuz”la bərabərə qaldığı oyundan sonra (2:2) sualları cavablandırıb.

- Kefsiz görünürsən. Deyəsən, hesab ürəyincə deyil.

- İlk hissəyə yaxşı başlamadıq və qapımızda qol gördük. İkinci yarıda nəzarəti əlimizə alıb lazım olan qolları vurduq. Aqressivlik və xarakter nümayiş etdirməklə hesabda önə keçdik. Son dəqiqədə buraxılan qol və yorğunluq müəyyən mənada məyusluq yaradıb. Ancaq bu, futboldur, olur belə şeylər.

- Penalti, 4 qol, 10 sarı vərəqə və amansız mübarizələr. Sanki prinsipiallıq var idi oyunda.

- “Turan Tovuz” yaxşı təşkilatlanmış, meydanın hər qarışında döyüşən kollektivdir. Onlara qarşı layiqli mübarizə aparmasan, şansın yoxdur, uduzacaqsan. Ona görə də güc nümayiş etdirməyə məcbur idik. Fikrimcə, qazandığımız 1 xalda sərtlik və döyüşkənliyin rolu oldu.

- Ayxan Abbasov son 2 ildə “Turan Tovuz”u çalışdırmışdı və bu dəfə həmin komandaya qarşı rəqib qismində dayanmışdı. Bu məqamın xüsusi rolu var idi?

- Baş məşqçimiz əvvəl orada olub və həmin dövr artıq başa çatıb. İndi yeni komandadadır və yeni mövsüm başlayıb. Bu gün hansısa prinsipiallıq üçün yox, turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq üçün qələbəyə oynayırdıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti