Ötən həftə “Sumqayıt”ı məğlub edərək xalların sayını 8-ə çatdıran “Şamaxı” çətin səfərə çıxacaq.
“Şirlər” Premyer Liqanın 7-ci turu çərçivəsində Tovuzda “Kəpəz”in qonağı olacaq.
Şamaxılıların baş məşqçisi Ayxan Abbasov səfər oyunu üçün fərqli plan qurub.
43 yaşlı çalışdırıcı komandasının Tovuzda oyunöncəsi məşq etməsinə gərək duymayıb. O, bu qərarı yol yorğunluğunu nəzərə alaraq verib ki, futbolçular matçdan bir gün əvvəl 5 saatlıq məsafə qət edəndən sonra axşam məşq etməsin.
Belə olduğu halda “Şamaxı” məşqi öz meydanında edib, sonra yola çıxacaq. Kollektiv Tovuza çatandan sonra istirahətlə kifayətlənəcək.
Sentyabrın 20-də baş tutacaq görüş saat 17:00-da start götürəcək.
Maraq üçün bildirək ki, “şirlər”in heyətində cəzalı və zədəli futbolçu yoxdur.
HƏBİB / SPORTİNFO.AZ