Həftəsonu bölgələrdə baş tutacaq üç oyundan biri Şamaxıda keçiriləcək.
Rayonun eyniadlı komandası doğma meydanında “İmişli”ni qəbul edəcək.
Cari mövsümdə qazandığı xallarla təhlükəli zonadan uzaqlaşan komandaların dueli maraqla gözlənilir.
Həm turnir cədvəlindəki vəziyyət, həm də eyni oyun üslubuna gevənməyin yaratdığı prinsipiallıq baxımından bu matçın gərgin keçəcəyinə şübhə yoxdur.
Qarşılaşmadan əvvəl Sportinfo.az-a açıqlama verən “Şamaxı”nın ukraynalı müdafiəçisi Vladislav Veremeyev komandasının qələbə arzusunu gizlətməyib:
“İmişli” yaxşı komandadır. Çempionat başlayandan təhlükəli olduqlarını göstərməkdədirlər.
Belə rəqibə qarşı müdafiədə diqqətli, hücumlar zamanı effektli olmalıyıq. Məşqçilər heyətindən lazım olan tapşırıqları almışıq.
“İmişli”yə ciddi yanaşmalıyıq. Ötən tur “Turan Tovuz”a məğlub olduğumuzdan növbəti oyunda qələbə qazanmaq istəyirik”.
Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 13:44-də start götürəcək.
HƏBİB

