Avropanın məşhur klubunun yetirməsi Azərbaycanda o qədər az maaş alacaq ki…

18:00 Şamaxı 1 037
Avropanın məşhur klubunun yetirməsi Azərbaycanda o qədər az maaş alacaq ki…

“Şamaxı”nin düşərgəsinə yeni legioner gətirməsindən xəbərdarsız.

"Şirlər" Rodriqo Fransisko Fernandesi heyətinə qatıb.

25 yaşlı ortuqaliyalı ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Yarımmüdafiəçi son olaraq vətənində "Portu"nun əvəzedici komandasında çıxış edib. O, Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarının şərəfini qoruyub.

"Sportinq"in yetirməsi burada iki rəsmi matça çıxıb. Orta sahə oyunçusunun mayın sonunadək zamanı var - özünü doğrultsa, kontraktı daha 1 il müddətinə uzadılacaq.

Hələlik isə avropalı "Şamaxı"da kiçik maaş alacaq. Cari mövsümün axırınadək ona ödəniləcək əməkhaqqı 2000 dollardan da aşağı olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti