Premyer Liqa təmsilçisinin “sambaçı”sı əməliyyat olunacaq, 4-5 ay oynaya bilməyəcək

11:20 Şamaxı 790
Premyer Liqa təmsilçisinin “sambaçı”sı əməliyyat olunacaq, 4-5 ay oynaya bilməyəcək

"Şamaxı"nın legioneri David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Sportinfo.az xəbər verir ki, buna braziliyalı müdafiəçinin "Sabah"a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnməsi sabəb olub.

34-cü dəqiqədə Alfons Msanqa ilə əvəzlənən “sambaçı”nın dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.

David Santos cari mövsümün əvvəlində "Şamaxı"ya keçib. Müqavləsi yayda başa çatır.

Amma onun anlaşmasında “+1” bəndi var. Yəni istəsə, komandada qala bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti