
«Şamaxı»nın hücumçusu Abdullahi Şuaybu klub tərəfindən cərimələnib.
O, demək olar ki, aktyabr ayının məvacibinin tamamından məhrum edilib.
Bəli, bunun üçün səbəb ciddidir. Nigeriyalı hücumçu Premyer Liqanın son turunun «Kəpəz»lə ev qarşılaşmasında komanda yoldaşlarını pis vəziyyətdə buraxıb.
Belə ki, o, 44-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, vaxtından əvvəl meydanı tərk edib. Dioqo Verdaşkanın təxribatına uyan afrikalı forvard ona sərt zərbə endirib. B
aş hakim Əliyar Ağayev VAR kamerasına baxaraq, portuqaliyalı müdafiəçinin sifətinə dirsəklə zərbə endirmiş Şuaybuya qırmızı vərəqə göstərib.
Neqativ hadisənin «baş qəhrəman»ı AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılacaq. «Şirlər» kəsiləcək cəriməni onun maaşından tutacaq.
SPORTİNFO.AZ