Bakıda hər ay 17 min dollar qazanan əcnəbiylə baş məşqçinin arasında nə baş verib?

16 Dekabr 2023 11:20 Səbail 2 000
Bakıda hər ay 17 min dollar qazanan əcnəbiylə baş məşqçinin arasında nə baş verib?

Qəbələdə keçirilən ilk dövrə oyununda «Səbail»in bəxti gətirmişdi.

Uduzmalı olduqları halda, 90+5-ci dəqiqədə onlara 3 xal bəxş edən qolla geri qayıtmışdılar.

Dünən tərəflər bir daha üz-üzə gəldi və bəxt yenə «Qəbələ»nin üzünə bozardı. 19-cu dəqiqədə Rəşad Əzizlinin və müdafiəçilərinin axmaq səhvindən qol buraxdılar.

36-cı dəqiqədə əl-ayağına hakim ola bilməyən Samuel Tetteh qırmızı vərəqə aldı. 52-ci dəqiqədə İlkin Qırtımov avtoqola imza atdı. Sonda da bir penaltiyə səbəb oldular.

«Səbail» qazanmaq üçün əlahiddə iş görmədi. Futbol ilahəsi Şahin Diniyevi sevir də. Yarımçıq məşqçi olsa da, kritik periodlarda onunku həmişə gətirir. Dünən də o günlərdən biri idi.

Aleksandr Ramalinqom standart vəziyyətdən fərqləndi və çempionatdakı qol sayını 7-yə çatdırdı. Bombardirlər cədvəlində yalnız «Qarabağ»lı Juninyodan geri qalan maqadaskarlı hücumçu toru silkələdiyi anda sevinmədi.

«Səbail»in ən yaxşı legioneri halından narazı təsir bağışladı.

Aylıq 17 min dollar qazanan əcnəbiylə Şahin Diniyevlə aralarında nə baş verib, niyə ilk turlardakı kimi adından söz etdirməyə can atmır, bu sualların cavabını tezliklə biləcəyik.

Od qalanıbsa, tüstüsü gec-tez çıxacaq.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti