Dövlətin qadağasına məhəl qoymayan 2 dost - VİDEO

29 Aprel 2020 14:50 Səbail 621
Dövlətin qadağasına məhəl qoymayan 2 dost - VİDEO

İki azərbaycanlı futbolçu karantin qaydalarını pozaraq, gecəyarısı parkda məşq edib.

Bunlar "Səbail"in kapitanı Eltun Yaqublu və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur.

Yaqublu bu barədə "Intagram" hesabından paylaşım edib və saatın 02:20 olduğunu göstərib. Video, böyük ehtimalla, Dənizkənarı Bulvarda çəkilib.

Yaqublu görüntünün üzərinə "Stay at home" ("Evdə qal") yazmağı da lazım bilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah evdən çölə icazəsiz çıxmağı və bütün parklara girişi qadağan edib. Amma görünür, Yaqublu ilə Ramazanov bu qadağanın onlara aid olmadığını düşünür.

Eltun Yaqublu 2017-ci ildən "Səbail"də çıxış edir. Ağabala Ramazanov isə bu ilin əvvəlində məhz "Səbail"dən "Zirə"yə keçib.

Onlar yaxın dostdur. Ağabalanın qış fasiləsində klubunu dəyişməsinə elə Eltun yardımçı olub. Belə ki, onun transfer vərəqini "Səbail" rəhbərliyindən komandanın kapitanı alaraq, Ramazanova verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti