Azərbaycanda oynayan ulduzu ələ saldılar

7 Fevral 2020 16:28 Səbail 1 297
Azərbaycanda oynayan ulduzu ələ saldılar

Polşanın “cksport.pl” saytı dünya futbolunun əfsanəvi oyunçularının hazırkı karyerası barədə məqalə hazırlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda ötən mövsümdən “Səbail”də çıxış edən Maykl Esyyen də var.

Məlumatda Esyyenin bir vaxtlar “Çelsi”də, “Real Madrid”də çıxış etməsinə rəğmən, “Səbail”də aparıcı rol oynamadığı qeyd edilib:

“Səbail” hazırda çempionatda səkkizinci yerdədir. Onlar ölkənin ən zəif klubudur. Komandanın əksəriyyəti azərbaycanlılardan ibarətdir. Ancaq heyətdə bir neçə əcnəbi oyunçular da görmək olur.

Bunların arasında Avropa futbolunun böyük ulduzu Esyyen də var. O, möhtəşəm karyeranın ardından Azərbaycana gedib. Ola bilsin ki, yeni yerlər kəşf etmək niyyətindədir.

Təsadüfü deyil ki, Maykl “Səbail”də aparıcı rol oynamır. Qanalı futbolçu eyni zamanda klubun U19 komandasında da çalışır”.

Digər Xəbərlər
Xəbər Lenti