Rıbkadan ayrılıq mesajı: "Təkcə pişiklər Essyenlə şəkil çəkdirməyib"

18 Yanvar 2020 11:20 Səbail 1 219
Rıbkadan ayrılıq mesajı: "Təkcə pişiklər Essyenlə şəkil çəkdirməyib"

"Əgər mənə dəvət göndərən klub olsa, təklifi nəzərdən keçirirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in qapıçısı Aleksandr Rıbka deyib. Ölkəsinin mətbuatına danışan ukraynalı qolkiper Bakı klubundakı vəziyyətindən danışıb. Təcrübəli oyunçu "dənizçilər"dən ayrıla biləcəyini istisna etməyib:

"Azərbaycan hər şey məni qane edir, amma ailəmə yaxın olmaq istərdim. Məni yaxşı qarşıladığı üçün "Səbail"ə "sağ ol" demək istəyirəm. Rəhbərlik və məşqçilər korpusu mənə böyük hörmət bəsləyir".

Rıbka komanda yoldaşı Maykl Essyendən də söz açıb: "Essyenin qazancını bilmirəm. Düşünürəm ki, o, bura pula görə gəlməyib. Futbolu sevir və hələ də oynamaq istəyir. Əminəm ki, pul onu çox da maraqlandırmır.

Açığı, qaldığımız oteldə təkcə pişiklər onunla şəkil çəkdirməyib. Otel işçiləri əvvəlcə buna inanmadılar. Amma sonra toplaşdılar və ondan avtoqraf almağa başladılar. Essyen çox ünsiyyətcil, sakit və əla oğlandır. Ünsiyyət qurarkən, məşq edərkən narahat olmur. Hamıya qarşı mehribandır".

Digər Xəbərlər
Xəbər Lenti