COP29

Premyer Liqada qalacaqlar, üzüaşağı getməyəcəklər

18 Yanvar 11:40 Səbail 1 056
Premyer Liqada qalacaqlar, üzüaşağı getməyəcəklər

«Şamaxı» yüzdə doxsan gələn mövsümü Premyer Liqada qarşılayacaq.

Ayxan Abbasov qış tətilində yuxuya getməyib.

Ümumilikdə, 7 transfer edib və onlardan Andrey Tirkoveanu ilk dəqiqələrdən «Qarabağ»a qarşı oynadı, digərləri isə qarşılaşmanın son bölümündə.

Rumıniyalı yarımmüdafiəçi onun üçün tapıntıdır. Yaxşı tapıb. Georgi Kantariyanı bundan sonra xatırlayan olmayacaq.

Gürcüdən fərqli olaraq, o, daha hərəkətlidir və tez düşünür.

Yeni gələn əcnəbiləri 2-3 tur sonra qiymətləndirərik. Hələ tezdir. Çünki heç biri tam hazır deyil, uzun müddət oynamayıblar, praktikasızdırlar.

«Şamaxı» üçüncü zonada əla təsir bağışladı. Əks-hucumlara sürət qatıblar.

Cinah müdafiəçilər hücumlara aktiv qoşulurlar. Belajdi Pusinin hesabı bərabərləşdirdiyi epizoda diqqət yetirək: Rafael Məhərrəmlinin qol pasını verdiyi yer sizə çox şey deyəcək.

Adil Nağıyev pis müdafiəçi deyildi. Çox təəssüf ki, adı «alver»ə qarışdı.

Pis vərdiş, yəqin ki, karyerasının axırını gətirdi. Yolunu düz getsəydi, yenə burada idi, «Şamaxı» müdafiənin mərkəzində bir belə problem yaşamazdı.

Ayxan Abbasovu üzən qollar bu zonadan buraxıldı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...