Kapitan narazılıq etdi: "Nəyə baxdılar, nə iş gördülər, bilmirəm"

25 Dekabr 2023 22:20 Səbail 414
Kapitan  narazılıq etdi: "Nəyə baxdılar, nə iş gördülər, bilmirəm"

“Səbail”in kapitanı Adil Nağıyev Premyer Liqanın 18-ci turunun “Sumqayıt”la görüşündən (0:1) sonra Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq matç haqqında danışıb:

“Vacib oyuna çıxmışdıq. ikinci dövrənin son oyunu idi. Məqsədimiz qələbə qazanmaq idi.

Çətin oyun oldu, yaxşı mübarizə apardıq. Uduzmağa layiq deyildik.

Ədalətli nəticə heç-heçə ola bilərdi. Ani diqqətsizlikdən qol buraxdıq”.

Müdafiəçi qoldan sonra yaşananları da şərh edib:

“Qoldan öncəki iki epizod narazılığa səbəb oldu. Birinci epizoda təkar-təkrar baxmışam Vüqar Mustafayev 99% ikinci sarı vərəqəni almalıydı.

Çox sərt oynamışdı. Amma VAR-da nəyə baxdılar, nə iş gördülər bilmirəm.

Ardınca "davam" dedilər. İkinci epizodda qayda pozulmamışdı”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti