Azərbaycan klubu belə bir ilkə imza atdı

25 Dekabr 2023 09:00 Səbail 503
Azərbaycan klubu belə bir ilkə imza atdı

“Səbail” Azərbaycan Kuboku tarixində ilkə imza atıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyevin yetirmələri iki ardıcıl oyunda fərqli rəqiblərin qapısına 6 və ya daha çox qol vurmağı bacaran ilk komanda olublar.

Bakı klubu II təsnifat mərhələsində “Şəfa”nı 7:0, 1/8 finalda isə “Şamaxı”nı 6:0 hesabı ilə məğlub edib.

1992-ci ildən keçirilən Azərbaycan Kubokunda bunadək yalnız üç komanda ardıcıl iki oyunda 6 və ya daha çox qol vurub.

Lakin həmin komandalar eyni rəqiblə mərhələnin hər iki matçında məhsuldarlıq göstəriblər.

2003/2004 mövsümündə “Şəfa” “Lider-Qarabağ”ı (14:0, 8:1), dörd il sonra “Gənclərbirliyi” “Ədliyyə”ni (6:1, 6:0), növbəti turnirdə “Simurq” Quba “Şahdağ”ını (7:1, 8:0) iki dəfə məğlubiyyətə uğradıb.

Digər Xəbərlər
Xəbər Lenti