Dünən qoluna kapitan sarğısı taxdı, sabah elə sakitcə yola salacaq ki…

24 Dekabr 2023 19:25 Səbail 1 739
Dünən qoluna kapitan sarğısı taxdı, sabah elə sakitcə yola salacaq ki…

«Səbail»in baş məşqçisi Şahin Diniyev iki həftə öncə bir etiraf etmişdi.

Demişdi ki, zədəlilərimiz çoxdur, çalışıb qışadək olan oyunları yola verməliyik.

Nə demişdisə, o sözünün də üstündə dayandı. «Səbail» 2023-cü ilin son hesabat həftəsində Sumqayıt səfərindən 0:1 hesablı məğlubiyyətlə döndü.

Diniyev kimyaçılar şəhərinə kimyagər kimi yollanmışdı.

Mövsümün ilk turlarından sonra ehtiyat skamyada əyləşdirdiyi Adil Nağıyevə kapitan sarğısını tapşıran baş məşqçi bir daha göstərdi ki, o, «pambıqla baş kəsəndir».

Düşərgədə hamıdan çox deyinən futbolçu kimi tanınan Adili indi elə sakitcə yola salacaq ki…Adını da qoyacaq ki, şans verdim, ümidlərimi doğrultmadı.

«Səbail»də bir neçə beləsini tanıyıram, «qaralayıb» onları. Komandada zədəlilərin çoxluğu ən çox Diniyevi sevindirir.

Mən onu pis tanımıram axı.

Belə vəziyyətdən öz xeyri üçün faydalanacaq. Yeni transfer əməliyyatları həyata keçirməklə.

Heyətin boyu nə qədər qısadırsa, gələcək legionerlərin siyahısı bir elə genişlənəcək. Bu, Diniyevin çoxdankı «taktika»sıdır.

Gəlim futbolçuların bir ucdan sıradan çıxmasına. Bəli, bu da səbəbsiz deyil.

Baş məşqçinin həftəlik hazırlıq proqramı müasir futbolla ayaqlaşmır. Gör, bu sözü sərəncamındakı neçə futbolçudan eşitmişəm! Diniyevin məşq prosesindən söz düşəndə, ya dodaq büzürlər, ya da ona gülürlər.

«Hələ də sovet metodikasından istifadə edir» deyirlər.

Day onu bilmirlər ki, Şahin Diniyev zamandan yararlanan və fürsəti gəldiyində onu dəyərləndirən məşqçilərdəndir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti