İki səbəb üzə çıxdı: “Bunu problemə çevirmək istəmirik”

19 Dekabr 2023 23:40 Səbail 745
İki səbəb üzə çıxdı: “Bunu problemə çevirmək istəmirik”

“Səbail” 4 oyunluq qələbəsizlik seriyasına son qoydu.

Bayıl təmsilçisi Premyer Liqanın 17-ci turunda “Qəbələ”ni darmadağın etdi – 3:0.

Qazanılan qələbədə Anas Najafın da böyük rolunun olduğunu deyə bilərik.

Əsas heyətdə meydana çıxan və 90 dəqiqə mübarizə aparan 26 yaşlı futbolçu oyuna məcburiyyətdən sağ cinah müdafiəçisi kimi başlasa da, ikinci yarıda özümə doğma olan mövqeyə qayıdıb dayaq yarımmüdafiəçisi kimi oynadı.

Niderland vətəndaşlığını daşıyan yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında oyunla bağlı təəssüratlarını bölüşüb:

“Qələbə qazandığımıza görə şadam. Komandamızın vahid strategiyası var və hər bir futbolçu meydanda can qoyur.

Parlaq qalibiyyətimizdə bu iki amilin müstəsna rolu oldu. 3 qolla qazanılan 3 xal komandanın zəhmətinin nəticəsi idi.

Düzdür, zədəli futbolçuların yoxluğunda oyunlara hazırlaşmaq və istədiyimiz nəticəni qazanmaq çətindir. Lakin bunu böyük problemə çevirmək istəmirik. Problemləri həll etmək üçün yaxşı heyətimiz var”.

Anas Najaf cari mövsümdə “Səbail”in formasında meydana çıxdığı 16 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti