Azərbaycan klubundan 2 seçim – Biri Rusiyadan, biri Rumıniyadan

19 Dekabr 2023 02:00 Səbail 892
Azərbaycan klubundan 2 seçim – Biri Rusiyadan, biri Rumıniyadan

“Səbail”in qış hazırlıq planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda 2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.

2024-cü il 5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “Səbail” “Miracle Resort” hotelində məskunlaşacaq. “Dənizçilər” Antalyada 2 yoxlama oyunu keçirəcəklər.

Baş məşqçi Şahin Diniyev Rumıniya Superliqası təmsilçisi “Universitatya Kluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) ilə görüşlərdə yetirmələrini sınayacaq.

“Səbail” Premyer Liqada 17 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti