Ailəsindən zəng gəldi, icazə alıb təcili ölkəsinə uçdu - SON DƏQİQƏ

15 Dekabr 2023 14:20 Səbail 1 008
Ailəsindən zəng gəldi, icazə alıb təcili ölkəsinə uçdu - SON DƏQİQƏ

"Səbail"in aparıcı futbolçularından olan Nir Badreanın adı "Qəbələ" ilə oyunun protokoluna salınmayıb.

Buna səbəb israilli müdafiəçinin təcili vətəninə yollanmasıdır.

Bardea ailəsində baş verən problemə görə Şahin Diniyevdən icazə istəyib.

Baş məşqçi müraciətə isti yanaşaraq ona İsrailə yollanmağa icazə verib.

27 yaşlı legioner cari mövsümdə "Səbail"in heyətində buna qədərki 16 oyunun hamısında forma geyinməklə 1 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti