Azərbaycan klubunda ŞOK! - Mövsümü başa vurdu

12 Dekabr 2023 16:00 Səbail 906
Azərbaycan klubunda ŞOK! - Mövsümü başa vurdu

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sabah”la (0:4) oyununda zədələnən “Səbail”in yarımmüdafiəçisi David Qomisin durumuna aydınlıq gəlib.

Fansalı hücumçunun aldığı xəsarətin miqyası gözləniləndən də böyükdür.

Həkimlər futbolçuya çarpaz bağının qopması diaqnozu qoyub.

O, sabah Türkiyəyə yola salınacaq.

"99 nömrə" qardaş ölkədə əməliyyat olunacaq.

Qomisin sağalması 5-6 aya qədər vaxt aparacağı gözlənilir.

"Səbail"lin əsas fiqurlarından biri hesab olunan 30 yaşlı legioner bu mövsüm 15 matçda 2 qol və 1 asistlə yadda qalmağı bacarmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti