Baş məşqçi kimi yola verir - Özünü, yoxsa klubu rəhbərliyini?

11 Dekabr 2023 18:00 Səbail 859
Baş məşqçi kimi yola verir - Özünü, yoxsa klubu rəhbərliyini?

«Səbail»in baş məşqçisi Şahin Diniyev belə bir etiraf edib: «Son oyunları birtəhər yola verməliyik».

Bu kəlmə bir az pis səslənir, ancaq neyləyək, ölkənin ən imkanlı dörd-beş klubundan birini çalışdıran zat üzləşdiyi vəziyyəti ifadə etmək üçün başqa söz tapmır.

«Səbail»in enişdə olması fikri də Diniyevə məxsusdur. Məncə, o, yenə əsl həqiqəti sandıqda gizlətməyə, problemi malalamağa çalışır. Komandası enişdə yox, çöküşdədir.

Eniş başqa, çöküş başqa.

Eniş o olar ki, komanda qol vurmaq, qazanmaq istəsin, sonda uğursuzluq yaşasın.

Əşşi, «Səbail» meydanın mərkəzini keçə bilmir ey! Rəqib qapısının ağzına gedib çıxana kimi axşam olur.

Diniyev bunlarla paltardəyişmə otağında uzun-uzadı nə danışır, çatmır da mənə. Nağıl danışır, rep söyləyir, rəvayət uydurur, hər nə edirsə, sonra komanda meydanda «konsert» açır.

Demişdim də, ilk dövrədəki nəticələr təsadüfidir, gəldi-gedərdi, müvəqqəti haldır. Diniyev buna qədər 50 yerdə işləyib, sabit oyun sərgiləyən və sabit nəticə göstərən komanda yarada bilməyb.

Nə olsun ki, illərini bu sahəyə verib, bu işin qulpundan yapışıb.

Hər oxuyandan Molla Pənah olmadığı kimi, Şahin Diniyev də normal məşqçi olmayıb, deyil və olmayacaq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti