“Siz bunu görsəz…“

9 Dekabr 2023 21:00 Səbail 403
“Siz bunu görsəz…“

“Səbail” son həftələrdə zədəli futbolçuların yoxluğundan əziyyət çəkir.

Ağabala Ramazanov, Süleyman Əhmədov, Cabir Əmirli, Adil Nağıyev kimi oyunçular kollektiv çalışmalardan uzaq düşüb,

David Qomis iynə gücünə meydana çıxır.

Nir Bardea 3 turdur Premyer Liqada qələbə qazana bilməmələrinin səbəbini zədəlilərin çoxluğu ilə əlaqələndirməyin tərəfdarı deyilö

İsrailli müdafiəçinin Sportinfo.az-a açıqlamasını görün:

“Sözsüz, hər bir futbolçu bizim üçün önəmlidir. Amma zədəli futbolçularımızın çox olması o demək deyil ki, qələbə qazanmamalıyıq.

Fikrimcə, geniş və yaxşı heyətimiz var. Elə futbolçulara sahibik ki, hər biri istənilən an oyunun gedişatını dəyişə bilər.

Məşqlərdə “11-liy”ə düşmək uğrunda gedən mübarizəni görsəz, dediklərimə əmin olarsız.

“Kəpəz”lə matçda qol imkanlarından yararlana bilmədik, “Araz-Naxçıvan”la qarşılaşmada komanda olaraq öz futbolumuzu oynamadıq.

Əsasən bunlara fikir verməliyik, çatışmazlıqlar üzərində çalışmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti