İDDİA: “Bilirdik ki, məğlub olmayacağıq”

6 Dekabr 2023 23:00 Səbail 474
İDDİA: “Bilirdik ki, məğlub olmayacağıq”

Mövsümə əla start verən “Səbail” son oyunlarda qələbə üzünə həsrət qalıb.

13-cü turda “Qarabağ”a məğlub olan “dənizçilər” növbəti turlarda “Kəpəz” və “Araz-Naxçıvan”la bərabərə qaldı.

Hətta Muxtar Respublika təmsilçisi ilə qarşılaşmada bayıllılar məğlubiyyətə yaxın idi. Son saniyələrdə Numan Kurdiçin avtoqolu “Səbail”i yenilgidən xilas etdi.

İsrailli legioner Nir Bardea saytımıza açıqlamasında həmin qolun önəmindən danışmaqla yanaşı komandasının ünvanına tərif yağdırıb:

“Bu, xarakter xalı idi. Son dəqiqələrdə vurulan qol komandaya inam verəcək.

Təbii, qələbə arzulayırdıq, amma oyunun gedişini nəzərə alsaq, “Sabah”la qarşılaşmadan əvvəl 1 xal yerinə düşdü. 3 xala bərabər 1 xal olduğunu deyə bilərəm.

Komanda olaraq məğlub olmayacağımıza əmin idik. Bacarığımıza bələdik və bilirdik ki, xarakter göstərməklə ən pis halda məğlub olmayacağıq.

Çempionatda istənilən komandanı məğlub edə biləcək gücdəyik. Qış fasiləsinə qədər “Sabah”, “Qəbələ” və “Sumqayıt”la oyunlarımız var.

Sözsüz, çətin olacaq. Lakin məqsədimiz bütün hallarda qələbə qazanıb, istirahətə xoş əhval-ruhiyyədə yollanmaqdır”.

“Səbail” 15 turdan sonra topladığı 23 xalla “Sumqayıt”la 3-4-cü pillələri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti