Azərbaycanda futbolçuların gözündən düşən və sayılmayan baş məşqçi

3 Dekabr 2023 16:05 Səbail 5 629
Azərbaycanda futbolçuların gözündən düşən və sayılmayan baş məşqçi

Çempionluq xəyalı ilə yaşamayan Şahin Diniyevin bir tək arzusu var - «Səbail»i turnir cədvəlinin ilk «beşliy»ində tutdurmaq.

Aradan 15 keçib, liderlər qrupuna yaxın olmağa davam edirlər.

Bu dirənişi nəvaxtadək göstərəcəklər, bilmirəm. Nəsə proqnoz verməyə də çəkinirəm. «Səbail» son vaxtlar o qədər qarışıq oyunlar keçirir ki…

Diniyev öz «amplua»sındadır. Bir tərəfdən axır həftələrdəki qeyri-sabitliyin məsuliyyətini üzərinə götürür, o yandan da gah transformatoru, gah da futbolçuları səbəb göstərir.

Diniyev məşqçilik həyatına atılanda Qurban Qurbanov hələ futbol oynayırdı, meydanda top arxasınca qaçırdı. Amma düz deyiblər ki, ağıl yaşda deyil, başdadır.

Qurbanov 2006-cı ildən texniki zonanı özünə ikinci ev seçib, bir dəfə nə gördüm, nə də eşitdim ki, o, futbolçularını mətbuatın önündə çək-sevir eləsin, dilə-dişə salsın, komandasının ünvanına tənqidi fikirlər söyləsin.

Nə deyib, içəridə, paltardəyişmə otağında deyib, onu çölə çıxarmayıb, ictimailəşdirməyib.

Mən Şahin Diniyevi bu mənada Qurban Qurbanovdan örnək götürməyə çağırıram. Otursun, hərdən həmkarının mətbuat konfranslarını dinləsin, müsahibələrini oxusun.

Oldu da, bəlkə ondan bir nümunə, bir ibrət götürdü.

«Səbail»in enişdə olmasını tək mən demirəm. Diniyev də bunu etiraf edir.

Sadəcə, özünün bu çöküşdəki «pay»ını gizlədir, Ab-havanı korlayıb, futbolçular day onu saymır.

Bir fakt: Valdemar Almeyda 63-cü dəqiqədə Yadin Luqasi ilə əvəzlənərkən, baş məşqçisinə yaxın getmir, üzünü yana çevirərək, birbaşa paltardəyişmə otağına yollanır.

Cəmi dörd-beş ay öncə Azərbaycana gəlmiş portuqaliyalı özündə bu cəsarəti tapırsa, digərlərindən nə gözləyəsən axı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti