Ölümdən qayıdan futbolçudan üzləri güldürəcək ƏN SON XƏBƏR

1 Dekabr 2023 20:40 Səbail 1 336
Ölümdən qayıdan futbolçudan üzləri güldürəcək ƏN SON XƏBƏR

“Səbail” – “Turan Tovuz” oyununda ölümdən qayıdan Ağabala Ramazanovdan xəbər var.

Noyabrın 3-də “ASCO Arena”da baş tutan qarşılaşmanın 45-ci dəqiqəsində rəqib futbolçu ilə toqquşma nəticəsində yerə yıxılaraq huşunu itirən 30 yaşlı futbolçu təcili xəstəxanaya aparılmışdı.

Ağabala bir müddət hospitalda müalicə alandan sonra bərpa dönəmini keçmək üçün sanatoriyaya yollanmışdı. “10 nömrə” sanatoriyadan evə buraxılıb.

Bu barədə Sportinfo.az-a danışan səbəbkarın böyük qardaşı Zaur Ramazanov son durum haqda məlumat verib:

“Şükürlər olsun, Ağabalanın vəziyyəti yaxşıdır. Noyabrın 30-da sanatoriyadan buraxıldı və artıq evdədir.

Özünü yaxşı hiss etdiyini deyə bilərəm. Danışır, gəzir, sərbəst yemək yeyir. Hətta avtomobil də idarə edir.

Bir müddət idmansız qalmalıdır. Həkimlərin tapşırığı belədir. Yaşıl meydanlara qayıdışı haqda konkret vaxt demək çətindir. Qarşıdakı aylarda iki dəfə təkrar MRT müayinəsindən keçəcək. Həkimlər nə vaxt məsləhət bilsə, onda məşqlərə başlayacaq.

Bu, yanvardakı qış toplanışında da ola bilər, bir qədər sonra da. Dəqiq deyə bilmərəm”.

“Səbail”in vacib fiqurlarından olan Ramazanov cari mövsümdə meydana çıxdığı 11 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti