COP29

"2-3 gündür bu problemin həll olunması üçün bir neçə..."

25 Noyabr 2023 17:10 Səbail 566
"2-3 gündür bu problemin həll olunması üçün bir neçə..."

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 14-cü turunun "Kəpəz"lə oyunu (0:0) haqda danışıb.

- Dramatik oyun keçdi. Qalib gəlməyi çox istəyirdik. Bizim günümüz deyildi. Lakin komandamın oyunundan razıyam. 13 turda bəlkə də bir oyunda bu qədər qol vəziyyəti yaratmamışdıq. "Kəpəz" zəif rəqib deyil. Liqada zəif komanda yoxdur. Heç-heçə oynamağa gəlmişdilər, buna da nail oldular. Sıx müdafiəyə qarşı sürətimiz çatmadı. Oyunun günorta keçirilməsi futbolçularda monotonluq var idi, sanki sürət çatışmırdı. Yuxulu deyildilər, amma partlayış sürətinin çatışmaması bizə mane oldu. Futbolçulara təşəkkür etdim. Qızıl xallara bərabər bir xal qazandıq. Elə oyun oynamışıq ki, rəqib bizdən daha yaxşı oynasa da, qalib gəlmişik. Sıx qrafikdəyik. "Kəpəz"ə uğurlar arzulayıram. Gəncə Azərbaycanın futbol beşiyidir. "Kəpəz"in Premyer Liqada qalması çox xoş olardı.

- İşıqlandırma sistemində yaranan problemə görə matç 14:00-da keçirildi və bundan sonra necə olacağı da dəqiq deyil. Rəhbərlikdən hansısa tələbiniz olub?

- Fors-major haldır. Biz hər zaman 18:00-da məşq edirik. Futbolçu 6-dan 8-ə qədər daha çox dözümlülük, futbola bağlılıq, hərəkətlilik olur. Amma birdən-birə matç 14:00-a keçirildi matç. Bu saata qədər isə müəyyən işlər var ki, onları reallaşdırmalıyıq. Bizim futbolçuların çoxu oyunumuz 18:00-da olanda, günorta 12:00-13:00-da arasında oyanırdı. Futbol oynadıq. Belə oyunlar çox acı nəticələr verə bilir. Ciddi rəhbərliyimiz var. İşıq problemi bizdən qaynaqlanmır. Böyük transformatorda problem var. 2-3 gündür bu problemin həll olunması üçün bir neçə şirkət işləyir. İnanıram ki, artıq növbəti ev oyununa kimi problem yoluna qoyulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!