“Mən özümü göstərmək, qol vurmaq, komandaya xeyrimin dəyməsini istəyirəm”

21 Noyabr 2023 21:00 Səbail 517
“Mən özümü göstərmək, qol vurmaq, komandaya xeyrimin dəyməsini istəyirəm”

“Gecə-gündüz məşq etsən də, oyun tam başqadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Amil Yunanov deyib.

Yayda “Şamaxı”dan Bayıl klubuna dönən forvard əsas heyətə düşməyə çətinlik çəkir.

Şahin Diniyevin daha çox ehtiyatda saxladığı ”Qəbələ”nin yetirməsi arxada qalan ilk 12 turda cəmi 53 dəqiqə şans qazanmışdı. “Qarabağ”a 1:3 hesabıyla uduzduqları son turda isə bu dəfə 45 dəqiqə meydanda oldu.

Amil özünü göstərmək istədiyini gizlətmir:

“İlk dəfə “Qarabağ”la oyunda meydanda bu qədər qaldım. Öz performansımı necə dəyərləndirirəm? Elə də çətinlik çəkmədim.

Amma mənə yenə də oyun praktikası lazımdır. Oyundan oyuna artırırsan, özünəinam gəlir.

Uzun müddətdir oynamamağımı nəzərə alanda, məncə, oyunum normal alındı. Mən özümü göstərmək, qol vurmaq, komandaya xeyrimin dəyməsini istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti