Xəstəxananı xatırladan Premyer Liqa klubu – Bu qədər itki olar?

17 Noyabr 2023 16:40 Səbail 755
Xəstəxananı xatırladan Premyer Liqa klubu – Bu qədər itki olar?

Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləni bəzi komandalar üçün göydəndüşmə hesab etmək olar.

Bu, xüsusən də heyətində zədəli futbolçuların çoxluq təşkil etdiyi kollektivlərə aiddir.

Hazırda “Səbail”in düşərgəsi xəstəxana palatasını xatırladır. 8 futbolçu zədədən əziyyət çəkir.

Bunlar əməliyyat olunduğundan, yaşıl meydanlara yanvarda qayıdacaq Cabir Əmirli ilə Vüqar Həsənov, “Turan Tovuz”la görüşdə ağır zədə alan və hələ də klinikada müalicə olunan Ağabala Ramazanov, 10 gündür məşqlərdən kənar qalan Aleksandr Ramalinqomdur. Adil Nağıyevin kollektiv məşqlərə qoşulması üçün daha bir neçə gün lazımdır.

David Qomis, Yusif Nəbiyev və Səlahət Ağayev də zədədən əziyyət çəkir. Lakin “üçlüy”ün ağrıları ən qısa zamanda aradan qalxacaq. Yəni digərlərinə nisbətən yüngüldür. Çiynindən xəsarət alan Süleyman Əhmədovun ağrıları tam səngiməyib.

Bazar günü “Qarabağ”la qarşılaşan və 1:3 hesabı ilə məğlub olan “dənizçilər” istirahətə buraxılıb. Baş məşqçi Şahin Diniyev yetirmələrinə 4 günlük fasilə imkanı yaradıb. Komanda noyabrın 17-də bir araya gələcək.

“Səbail” fasilə dönəmində Premyer Liqa təmsilçilərindən biri ilə yoldaşlıq görüşü keçirməkdə maraqlı olsa da, zədəlilərin çoxluğuna görə bu, baş tutmayacaq. Diniyev vəziyyətin daha da ağırlaşacağından ehtiyatlanır.

Odur ki, Bayıl təmsilçisi əvəzedici komandası – “Səbail-2” ilə qarşılaşacaq. Sınaq matçının noyabrın 19, ya da 20-də keçirilməsi planlaşdırılıb.

“Dənizçilər” Premyer Liqanın 14-cü turu çərçivəsində “Kəpəz”lə üz-üzə gələcək. Noyabrın 25-də “ASCO Arena”da keçiriləcək oyun 18:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti