Vacib qələbə rəhbər şəxsi hansı addımı atmağa vadar etdi? - VİDEO

12 Noyabr 2023 19:00 Səbail 723
Vacib qələbə rəhbər şəxsi hansı addımı atmağa vadar etdi? - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Premyer Liqanın 12 turunda keçirilən “Səbail” – “Turan Tovuz” oyununu izləyib.

Rəhbər şəxs “Dənizçilər”in qalib gəldiyi (2:1) matça VİP lojadan canlı tamaşa edib.

O, komandasının əzmkar qələbəsindən sonra Arenanı xeyli gec tərk edib.

ASCO-nun rəhbəri öncə futbolçuları digər rəsmilərlə birgə ayaqüstə alqışlayıb.

Ardınca isə birbaşa paltardəyişmə otağına yollanıb.

Onun gəlişini komanda üzvləri böyük coşğu ilə qarşılayıb.

Qeyd edək ki, qazanılan sonuncu qələbədən sonra Bayıl təmsilçisi 21 xalla turnir cədvəlində üçüncü pillədə qərar tutur.

XANOĞLAN / SPORTİNFO.AZ

Haqqında bəhs etdiyimiz anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti