“Ağabalanın xəstəxanaya aparılmasından sonra bizdə aqressivlik artdı”

6 Noyabr 2023 21:20 Səbail 440
“Ağabalanın xəstəxanaya aparılmasından sonra bizdə aqressivlik artdı”

“Səbail” Premyer Liqanın 12-ci turunu qələbə ilə başa vurmaqla 3-cü pilləyə yüksəldi.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv “Turan Tovuz”la qarşılaşmada möhtəşəm geridönüş edərək 2:1 hesablı qələbəyə sevindi.

Oyunun ən yaxşılarından biri Valdemar Almeyda idi. 90 dəqiqə yorulmaq bilməyən 31 yaşlı yarımmüdafiəçi komandasının qələbəsində böyük rol oynadı.

“Pana” ləqəbli portuqaliyalı legioner fikirlərini Sportinfo.az-a bölüşüb:

“Azərbaycan çempionatında bütün oyunlar gərginliyi ilə seçilir. Hansısa matçın asan keçdiyini deyə bilmərəm.

Bu gün də çox əziyyət çəkdik, meydanda can qoyduq. İki oyun idi qalib gələ bilmirdik deyə, 3 xal bizə çox vacib idi.

Birinci hissədə oyun istədiyimiz kimi getmirdi və rəqib bundan istifadə edib qol imkanları yaradırdı. Hətta hesabı açmağa nail oldular.

Fasilədən sonra isə biz xarakter göstərdik. Etiraf edim ki, Ağabalanın xəstəxanaya aparılmasından sonra komandada aqressivlik artdı.

Paltardəyişmə otağında sözümüzü bir yerə qoyduq ki, nəyin bahasına olur-olsun bu oyunu udub, qələbəni Ağabalaya həsr etməliyik. Bu qələbə onundur”.

Valdemar Almeyda cari mövsümdə 12 oyunun hamısında iştirak etməklə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti