“Səbail” "Turan"ı udmağa peşman oldu – KRİTİK DURUM YARANDI

5 Noyabr 2023 22:20 Səbail 4 369
“Səbail” "Turan"ı udmağa peşman oldu – KRİTİK DURUM YARANDI

“Səbail” Premyer Liqada növbəti qələbəyə sevindi.

“Dənizçilər” “Turan Tovuz”la qarşılaşmada 3 xal qazansa da, 3 futbolçusunu itirdi.

Qərblilərlə oyunu başa vurmadan meydanı tərk edən futbolçulardan xəbər var.

İlk hissədə Faiq Hacıyevlə mübarizədən sonra yerdə qalan və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan Ağabala Ramazanovun durumu ürəkaçan deyil.

Hələ də xəstəxanada həkim nəzarətində olan kapitanın vəziyyətinə tam aydınlıq gəlməsə də, yaxın həftələrdə futbol oynayacağı inandırıcı görünmür.

Komandanın ən məhsuldar futbolçusu Aleksandr Ramalinqom da “istirahət edəcək”. Sağ ayağının arxa əzələsində yırtıq aşkarlanan hücumçu azı 3 həftə yaşıl meydan üzünə həsrət qalacaq. 13-cü turda “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir.

Çiyni çıxan Süleyman Əhmədov da ağdamlılara qarşı forma geyinə bilməyəcək. 24 yaşlı müdafiəçi bir həftədən sonra kollektiv çalışmalarda iştirak edəcək.

Bir müddət öncə cərrah bıçağının altına uzanan Cabir Əmirli ilə Vüqar Həsənov üçün il başa çatıb. Adları çəkilənlər “dənizçilər”in qış təlim-məşq toplanışında komanda ilə məşq edə biləcək.

Adil Nağıyevin zədəsi sağalmaq üzrədir. Nağıyev yaxın 2-3 gündə kollektivə qoşulacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti